Online xəbərlər
EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 12521 Polyarizasiya H Axın sürəti 4340 FEC 1/2  ||  EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 11861 Polyarizasiya R Axın sürəti 27500 FEC 3/4  ||  HOT BIRD 6/7A/8 at 13.0° Tezlik 12149 Polyarizasiya V Axın sürəti 27500 FEC 3/4  ||  
Xəbərlər

Xərçəng xəstəliyi ilə mübarizə günüdür

Şriftin ölçüsü:  11px13px15px17px

4 fevral - xərçəng xəstəliyi ilə mübarizə günüdür. Bu tarix 2005-ci ildə, xərçəngə qarşı Beynəlxalq Mübarizə Birliyi tərəfindən təsis edilib. Əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli oldugunu xatırlatmaqdır. Hər il dünyada 12 milyon insana xərçəng dioqnozu qoyulur. Onlardan 8 milyonu xəstəlikdən sağalmır. Dünyada bu dioqnozla yaşayanların sayı isə 20 milyonu ötüb. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarının nəticələri isə heç də ürəkaçan deyil - 2030-cu ildə xəstəlikdən əziyyət çəkənlərin sayı 2 dəfə artacaq. Xəstəlikdən qorunmaq isə hər kəsin öz əlindədir. Bütün dünyada olduğu kimi Azərbaycanda da xərcəng ən çox təsadüf olunan xəstəliklərdəndir. Ötən il Azərbaycanda 28 052 belə xəstə qeydiyyata alınıb. Ölkəmizdə kişilər arasında daha çox ağciyər, qadınlar arasında isə süd vəzisi xərçənginə təsadüf olunur. Xəstəliyin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. Milli Onkologiya Mərkəzinə müasir avadanlıqlar gətirilib. Burada bütün proseslər kompüterləşdirilmiş sistemlə idarə olunur. Mərkəzin bölgələrdə xidmət göstərən səyyar stansiyaları da var. Mütəxəssislər xəstəliyə yoluxma riskini 30-40 faiz azaltmaq üçün artıq çəkidən azad olmağı, meyvə və tərəvəzdən çox istifadə etməyi və idmanı həyat tərzinə çevirməyi məsləşət görürlər. Sonda onu deyək ki, xərçəng sözü sizi qorxutmasın. Çünki xərçəng hələ həyatın sonu demək deyil, hər kəsin həyatda qərşılaşa biləcəyi sınaqlardan biridir. Unutmayın ki, dünyada milyonlarla insan bu sınaqdan üzüağ çıxıb. Deməli xərçəngə qalib gəlmək mümkündür.

13:00 / 04.02.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 8
Bu gün: 1584
Bu ay: 83834
Ümumi: 3873721
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın