
Almaniyada dəhşətli təyyarə qəzası baş verib. Nurenberq şəhərində keçirilən avia-şou zamanı kiçik ölçülü təyyarə tamaşaçıların üstünə düşüb. Nəticədə bir nəfər ölüb, 40-a qədər adam yaralanıb. Verilən məlumata görə əvvəlcə piolt idarəetməni itirib və sonra o tamaşaçıların olduğu yerə doğru istiqamət götürüb. Hadisə ilə əlaqədar araşdırma aparılır.
10:00 / 06.09.2010