
Xocavənd rayonunun «Nərgiztəpə» adlanan ərazisində şumlama işləri aparan traktor tank əleyhinə minaya düşüb. Nəticədə traktor sıradan çıxıb, traktorçu Əli Mirzəyev isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik – ANAMA – dan bildiriblər ki, həmin ərazinin təhlükəli olması haqqında dəfələrlə aidiyyatı qurumlara məlumat verilib. Lakin buna baxmayaraq, sakinlərin «Nərgiztəpə»-yə daxil olması və orda kənd təsərrüfatı işləri aparması dayandırılmayıb. Agentliyin yaydığı məlumata görə, 2005-ci ildən 2010-cu ilədək sözügedən ərazidə və ora yaxın yerlərdə 13 mina partlayışı baş verib, həlak olan və xəsarət alanlar olub. 13 kombayın, traktor və yük maşını sıradan çıxıb.
19:00 / 06.09.2010