/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Hadisələr

Mülki şəxs traktorla minaya düşdü

Şriftin ölçüsü:  11px13px15px17px

Ağdam rayonunun Mirəşelli kəndində əkin sahəsini şumlayan traktor minaya düşüb. Partlayış nəticəsində yararsız hala düşən texnikanın sürücüsü Bayramov Rövşən Rakif oğlu müxtəlif bədən xəsarətləri alıb. Hadisə günorta - saat 13: 30 radələrində qoşunların təmas xəttinə yaxın ərazidə baş verib. Ərazi düşmən mövqelərindən açıq-aydın müşahidə olunduğundan hərbçilər traktoru söndürmək üçün kənd sakinlərini də yaxına buraxmadı. Bu səbəbdən texnika yanaraq yararsız hala düşdü. Ağdamın Çəmənli kənd sakini traktorçu Rövşən Bayramov rayon mərkəzi xəstəxanasına yerləşdirilib. O, xəstəxanaya sol yuxarı və hər iki aşağı ətrafın yumuşaq toxumalarının qəlpə yarası diaqnozu ilə daxil olub. Həkimlərin ilkin cərrahi müdaxiləsindən sonra yaralının vəziyyəti stabildir. Qeyd edək ki, dörd gün əvvəl isə Tərtər rayonu ərazisində su daşıyan avtomobil minaya düşmüşdü.

19:00 / 09.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 31
Bu gün: 11692
Bu ay: 279847
Ümumi: 14414208
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın