
Tovuz rayonunun Əlibəyli kəndində ermənilər bir mülki vətəndaşımızı yaralayıb. Kənd sakini 21 yaşlı Vüsal Vəli oğlu Quliyev saat 13 radələrində traktorla yer şumlayarkən erməni əsgərləri onu snayper atəşinə tutub. Sol budundan güllə yarası alan Vüsal Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini orta kafi qiymətləndirirlər.
16:00 / 30.03.2012