
Bu gün saat 12 radələrində Mingəçevir şəhər su elektrik stansiyasının ərazisində bədbəxt hadisə baş verib. Mingəçevir şəhər polis şöbəsindən verilən məlumata görə, qır qazanının partlaması nəticəsində ərazidə iş aparan fəhlələrdən biri – 22 yaşlı Pərviz Cabbarov aldığı ciddi yanıq xəsarətlərindən hadisə yerindəcə keçinib. Digər fəhlə 1981-ci il təvəllüdlü Cuma Süleymanov isə müxtəlif yanıq xəsarətləri alıb. Yaralı Mingəçevir mərkəzi şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
16:00 / 30.03.2012