
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun əsgəri yaralanıb. Bakı şəhər Yasamal rayonu hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılan əsgər Ağarza Mirməhəmməd oğlu Əmirov təmas xəttinin Tərtər istiqamətində Torpaqtəpə adlanan ərazidə düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib.
13:00 / 02.04.2012