
Yevlaxdakı firmalardan birinin oğurlanan avtomobili Ağdaş rayonunda yanmış vəziyyətdə aşkarlanıb. Gecə saatlarında “Ford” markalı yük avtomobilinin Yevlaxın Havarlı kəndi ərazisində qaçırılması barədə polisə məlumat daxil olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları nəqliyyat vasitəsini Ağdaşın Şıxlı kəndi ərazisində yanan halda tapıblar. Yanğınsöndürənlər alovun qarşısını alıblar. Avtomobili qaçıraraq yandırmaqda şübhəli bilinən Göyçay sakini, əvvəllər məhkum olunmuş Orxan Mustafayev saxlanılıb.
19:00 / 29.01.2018