
Şimali İrlandiyaya öz asayişini qorunmaq üçün sərbəstlik veriləcək. Dünən Şimali İrlandiya parlamentində Böyük Britaniya mərkəzi hökumətinin hüquq mühafizə məsələsini Şimali İrlandiyaya verməsi barədə qərar qəbul edilib. Yeni qərara əsasən rəsmi London bu il aprelin 12-dən etibarən polisin işini və yerli hökümətin məhkəmə icrasını Şimali İrlandiyaya verəcək. Beləliklə Britaniya hökuməti hesab edir ki, bu cür proseslə Şimali İrlandiyadakı daxili siyasi gərginliyi həll etmək mümkün olacaq. Qeyd edək ki, Şimali İrlandiya parlamentindəki qərar katolik və protestant partiyaların həmrəyliyi nəticəsində qəbul edilib.
10:00 / 10.03.2010