
Ukrayna prezidenti Viktor Yanukoviçin yeni koalisiya hökuməti yaratmaq şansı artıb. Ölkə parlamentində koalisiya formalaşdırmaq reqlamentində dəyişilik edilib. Radadakı səsvermə nəticəsində qəbul edilmiş qərara əsasən koalisiya bundan sonra təkcə fraksiyalar arasında deyil, xalq deputatlarıyla da mümkün olacaq. Qərarın bu gün prezident Yanukoviç tərəfindən imzalanacağı gözlənilir. Dünən isə yeni koalisiya üçün Yanukoviç «Dəyişilik cəbhəsi» partiyasının rəhbəri Arseni Yatsenyuk və «Gülcü Ukrayna» partiyası lideri Sergey Tiqipkoyla görüşüb. Görüşdən sonra prezidentin mətbuat katibliyi Yatsenyukun yeni hökümətə daxil olmaq təklifindən imtina etdiyini bəyan edib. Hələlik Tiqipkonun bu barədə qərarı məlum deyil. Analitiklər isə Ukraynanın yeni baş nazirinin keçmiş maliyyə naziri Mikola Azarov olacağını söyləyir.
10:00 / 10.03.2010