Online xəbərlər
EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 12521 Polyarizasiya H Axın sürəti 4340 FEC 1/2  ||  EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 11861 Polyarizasiya R Axın sürəti 27500 FEC 3/4  ||  HOT BIRD 6/7A/8 at 13.0° Tezlik 12149 Polyarizasiya V Axın sürəti 27500 FEC 3/4  ||  
Xəbərlər

Dünya

Yanukoviç vədinə xilaf çıxdı

Şriftin ölçüsü:  11px13px15px17px

Ukrayna prezidenti Viktor Yanukoviç seçki öncəsi verdiyi vədini pozub. Seçkilərdən əvvəl rus dilinə də dövlət dili statusunun veriləcəyinə söz verən Yanukoviç, dünən bəyan edib ki, ölkə ərazisində yeganə rəsmi dil Ukrayna dili olacaq. Ali Radada isə koalisiya formalaşdırmaq reqlamentinə dəyişilik edilib.
Belə ki, parlamentdə qəbul edilən qərara əsasən, koalisiyanın qurulmasında bundan sonra təkcə fraksiyalar deyil, müstəqil deputatlar da iştirak edə biləcək. Qərarın bu gün prezident Yanukoviç tərəfindən təsdiqlənməsi gözlənilir. Dünən isə yeni koalisiya üçün Yanukoviç «Dəyişiklik cəbhəsi» partiyası rəhbəri Arseniy Yatsenyuk və «Güclü Ukrayna» partiyasının lideri Serqey Tiqipkoyla görüşüb.
Görüşdən sonra prezidentin mətbuat katibliyi Yatsenyukun yeni hökumətə daxil olmaq təklifindən imtina etdiyini bəyan edib. Faktı Yatsenyuk da təsdiqləyib. O, hökumətə daxil olmaq istəmədiyini və müxalifətdə qaldığını bəyan edib. Yatsenyuk bu addımını Regionlar Partiyasıyla koalisiyada öz mövqeyini reallaşdıra bilməyəcəyiylə əlaqələndirib. Sergey Tiqipkonun prezidentin koalisiya təklifinə münasibəti isə hələlik məlum deyil. Analitiklər Ukraynanın yeni baş nazirinin keçmiş maliyyə naziri Mikola Azarov olacağını söyləyir. Rus dilinin dövlət dili olacağına vəd verən prezident Viktor Yanukoviç, verdiyi sözə xilaf çıxıb. O, ölkə ərazisində yeganə rəsmi dilin Ukrayna dilinin olacağını bəyan edib. Yanukoviç ölkədə regional dillər barədə Avropa Xartiyasının tətbiq olunacağını da qeyd edib. Beləliklə, rus dilinə dövlət dili statusu verməkdən imtina edən Yanukoviç, rusların kompakt yaşadığı bölgələrdə rus dilinin yalnız rəsmi ünsiyyət dili olmasına icazə verib.

13:00 / 10.03.2010
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 8
Bu gün: 273
Bu ay: 19836
Ümumi: 3323304
Ölkə: United States

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın