Online xəbərlər
EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 12521 Polyarizasiya H Axın sürəti 4340 FEC 1/2  ||  EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 11861 Polyarizasiya R Axın sürəti 27500 FEC 3/4  ||  HOT BIRD 6/7A/8 at 13.0° Tezlik 12149 Polyarizasiya V Axın sürəti 27500 FEC 3/4  ||  
Xəbərlər

Dünya

ABŞ qoşunlarının ölkədən çıxarılması tələb olunur

Şriftin ölçüsü:  11px13px15px17px

Aprelin 10-u İraqın işğal günü kimi qeyd olunur. 7 il əvvəl Amerika Birləşmiş Ştatları qoşunları ölkəyə daxil olub. Bu münasibətlə müxtəlif şəhərlərdə etiraz aksiyaları təşkil olunub. Əl-Nəcəf şəhərində minlərlə vətəndaşın iştirakı ilə keçirilən nümayişdə Birləşmiş Ştatlar və baş nazir Nuri Əl-Maliki əleyhinə şüarlar səsləndirib. Aksiyada hazırda İranda sürgün həyatı yaşayan Müqtədi Əs-Sədrin xalqa müraciəti oxunub. O, sünnü və şiələri birləşərək, amerikalıları ölkədən qovmağa çağırıb. Mitinq iştirakçıları demokratiya adı altında iraqın işğal edilməsini kəskin pisləyiblər, Amerika qoşunlarının ölkədən çıxarılmasını tələb ediblər. İraqda bir neçə il əvvəlki gərginlik nisbətən sngisə də, terror aktlarının qarşısını almaq mümkün olmur. Amma bəzi analitiklər hələ nikbindilər. Hazırda İraqda təxminən 100 min birləşmiş ştatlar hərbçisi xidmət edir. Rəsmi Vaşinqton, gələn ilin sonunadək qoşunların ölkədən çıxarılacağını bəyan edib.

13:00 / 10.04.2010
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 5
Bu gün: 498
Bu ay: 20061
Ümumi: 3323529
Ölkə: United States

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın