
Dünyanın aparıcı kütləvi informasiya vsitələri elə bir gün yoxdur ki, planetin bu və ya digər bölgəsində baş verən təbii fəlakətlər barədə məlumat yaymasınlar. Sanki qoca təbiət bəşəriyyəti sınağa çəkib. Bu gün də istisna deyil. Birləşmiş Ştatları daşqın, Rusiyanın Altay diyarını meşə yanğınları bürüyüb. Yaponiya isə güclü qasırğaya tuş gəlib.
Malu tropik qasırğası əsas Yaponiyanın Honsyu adasına zərbə endirib. Leysan yağışla müşayiət olan fəlakət güclü daşqına səbəb olub. Daşqın səbəbindən paytaxt Tokiodakı dəmiryolu nəqliyyatının işi sıradan çıxıb. Qatarların hərəkəti dayandırılıb. Fəlakət həmçinin bir sıra magistral yolları və körpüləri dağıdıb. Daşqınlar hindistanın şimalında da qeydə alınıb. Leysan yağışlar nəticəsində yüzlərlə evi su altında qalıb. Birləşmiş Ştatlarda isə daşqınlar bir nəfərin ölümünə səbəb olub. Texas ştatında ağır zərbə endirən tropik qasırğa minə qədər evə ziyan vurub. Təhlükəli ərazilərdən sakinlər köçürülüb. Texasdan fərqli olaraq Kolorado ştatı meşə yanğınından əziyyət çəkir. Sürətlə hərəkət edən alov 54 evi məhv edib. Yerli polis 8 nəfərin itkin düşdüyünü bildirib. Meşə yanğını səbəbində 3500 nəfər evakuasiya edilib. Bu arada Rusiyada da bir meşə yanğını qeydə alınıb. Alov altay diyarında meşə zolağını bürüyüb. Hazırda alovunu qarşısının alması üçün təxirəsalınmaz işlər görülür. Rəsmilər yanğının Qazaıstandakı meşə zolağından Altay bölgəsinə keçdiyini bildiriblər.
13:00 / 09.09.2010