/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

BMT xəbərdarlıq edir

Şriftin ölçüsü:  11px13px15px17px

BMT-nin hava xidməti olan Dünya Meteoroloji Təşkilatı qlobal istiləşmə ilə bağlı xəbərdarlıq yayıb. Təşkilatın müşahidələrinə görə bu il yanvar və fevral aylarında yer kürəsində temperaturun yüksəlməsi ilə bağlı yeni rekordlar qeydə alınıb. Bu il də nəfəs kəsən istilər, quraqlıq və tropik qasırğalarla yadda qalacaq. Təşkilatın hər il dərc etdiyi “İqlimin vəziyyəti” adlı hesabata görə, 2016-cı ildə havanın daha da istiləşəcəyi, regiondan asılı olaraq bəzi yerlərdə quraqlıq olacağı, bəzi yerlərdə isə yağıntılı hava şəraitinin üstünlük təşkil edəcəyi proqnozlaşdırılır. Cenevrədə keçirilən mətbuat konfransında Dünya Meteorologiya Təşkilatının baş katibi Petteri Talas bəyan edib ki, insanlar Paris paktı ilə iqlim dəyişmələri probleminin aradan qaldırılacağını düşünməklə səhv edirlər. Təşkilatın rəhbəri dünya üzrə temperatur artımının 1,5 dərəcə selsi həddinə yaxınlaşdığı barədə xəbərdarlıq səsləndirib. Qarşıdakı aylarda El Ninyo effektinin zəifləməsinə baxmayaraq, temperaturda əhəmiyyətli dərəcədə artımın müşahidə olunacağı proqnozlaşdırılır.

13:00 / 22.03.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 14000
Bu ay: 324152
Ümumi: 11306613
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın