/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Rusiya BMT-ni ittiham etdi

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyada vəziyyət gərgin olaraq qalır. Suriyaya aparılan humanitar yardımın çatdırılması ilə bağlı zəmanət vermədiyi üçün Rusiya BMT- ni ittiham edib. Suriya ordusunun apardığı əməliyyatlar nəticəsində terrorçuların əlində olan ərazilər alınıb. Hələbdə tətbiq olunan humanitar fasilənin əsas məqsədi şərq rayonlarının bu vaxta kimi terroçular tərəfindən "Canlı qalxan" kimi istifadə olunan sakinlərinə real yardım göstərməkdir". Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib. "Təəssüflər olsun ki, bunu humanitar dəhlizi minalayan terrorçular yaxşı başa düşür. Ona görə də, hələbdə humanitar fasilənin bərpa olunmasının şərti yaxşı niyyət deyil, terrorçuların atəşi dayandırması, humanitar yardım karvanının buraxılışı, yaralı və xəstə dinc sakinlərin təxliyəsi ilə bağlı bmt nümayəndələri tərəfindən möhkəm zəmanət olmalıdır", - deyə Rusiya Müdafiə Nazirliyninin nümayəndəsi qeyd edib. Konaşenkovun sözlərinə görə, bu günə qədər BMT nümayəndələrindən heç kəs bu zəmanətlə müraciət etməyib. Suriya ordusu dünən Əl-Quneytra şəhərindən şimalda yerləşən Tellet-Ən-Nekkar strateji yüksəkliklərinə nəzarəti ələ keçirib. Suriya ordusu əməliyyat zamanı "Cəbhət Fəth Əş-Şam" terror qruplaşmasının üzvlərini oradan çıxarıblar. Yüksəkliklərin yaxınlığından Dəməşq-Əl-Quneytra yolunun bir hissəsi keçir və o yol uzun müddət idi ki, terrorçuların nəzarəti altında idi. Hazırda bu yolla avtomobillər təhlükəsiz hərəkət edə bilərlər.

09:00 / 24.11.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 14623
Bu ay: 324775
Ümumi: 11307236
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın