Online xəbərlər
EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 12521 Polyarizasiya H Axın sürəti 4340 FEC 1/2  ||  EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 11861 Polyarizasiya R Axın sürəti 27500 FEC 3/4  ||  HOT BIRD 6/7A/8 at 13.0° Tezlik 12149 Polyarizasiya V Axın sürəti 27500 FEC 3/4  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Ermənistanda hakimiyyət çevrilişi qaçılmazdır

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistanda hakimiyyət çevrilişi qaçılmazdır. Ölkə müxalifəti bu qənaətdədir. Xalqa müraciət edən Erməni Milli Konrqesi hakimiyyətin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətini tənqid edən bəyanat da yayıb. «Sarqsyan rejimi xalqı güzəştə hazırlayır. Son vxatlar Ermənistan hakimiyyətinin hərəkətləri ondan xəbər verir ki, Ermənistan və Dağlıq Qarabağ əhalisində tezliklə onları müharibənin gözlədiyi barədə rəy yaratmaq məqsədi qoyulub». Erməni Milli Konqresinin yaydığı bəyanatda belə deyilir. Bildirilir ki, müxtəlif kütləvi informasiya vasitələrində Qarabağda ölənlər və İrəvana gətirilən meyitlər barədə şaiyələr yayılır. Danışıq imkanları tükəndikdən sonra müharibənin başlayacağı istisna olunmur. «Hakimiyyətin hazırda apardığı təbliğat imitasiya xarakteri daşıyır. «Belə hərəkətlər Ermənistan və Dağlıq Qarabağda panika atmosferi yaratmağa xidmət edir. Məqsəd xalqın hakim rejimin qarabağ məsələsində getməyə hazırlaşdığı güzəştləri qəbul etməsidir» - deyə sənəddə bildirilir. Sarqsyan rejiminin təbliğat hiylələrinin azadlıq, demokratiya və ədalət uğrunda mübarizəni daynadırmayacağını bəyan edən müxalifət, xalqı aprelin 6-da mitinqə səsləyib. «Yalnız fəal mübarizə ilə siyasi və sosial hüquqlarımızı bərpa edə, qiymət artımını daynadıra bilərik. Biz ictimaiyyəti hakimiyyətin təbliğat maşınının yalan hərbi isterika hiylələrini bir kənara atmağa, siyasi qüvvələri isə bu təbliğatda alət olmamağa, Ermənistan və Dağlıq Qarabağ üçün yaranmış problemlərin həlli üçün birləşməyə çağırırıq». Bəzi müxalift təmsilçiləri Sarqsyanın Robert Köçəryanla əvəz ediləcəyini iddia etsələr də, konqresin əlqələndiricisi Levon Zurabyan bunu mümkün saymır. Onun fikrincə, Köçəryan siyasi arenada kifayət qədər nüfuzdan düşmüş fiqurdur. Onun hakimiyyəti dövründə mitinqlər zamanı öldürülən 10 nəfər məhz onun sifarişi ilə qətlə yetirilib. Təkcə bu fakt Köçəryanın yenidən prezident postuna gətirilmə şansını sıfra endirib. Daşnakstün fraksiyasının təmsiçiləri də Sarsqyan hakimiyyətinin çətin vəziyyətdə olduğunu iddia edir. Fraksiyanın təmsilçisi Qrayr Karapetyan hesab edir ki, hakimiyyət strukturlarında kardinal dəyişikliklərə ehtiyac var. Bu islahatlar baş verməsə, ölkədə çevriliş qaçılmaz olacaq.

13:00 / 03.04.2010
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 5
Bu gün: 541
Bu ay: 20104
Ümumi: 3323572
Ölkə: United States

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın