/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

Cəbhədə həyat öz axarındadır

Şriftin ölçüsü:  11px13px15px17px

Qazax rayonunun Cəfərli və Bala Cəfərli kəndlərinin bütün evləri erməni mövqelərindən açıq-aydın müşahidə olunur. Bəzi evlər isə bir neçə istiqamətdən erməni əsgərlərinin hədəfinə çevrilir. Düşmən tərəfindən atılan güllələr hətta kəndin ortalarına qədər gəlib çatır. Onlar hətta uşaqları belə hədəfə almaqdan çəkinmirlər.
Kənd sakinləri deyirlər ki, mütəmadi atəşə məruz qalsalar da, Azərbaycan əsgərlərinə güvənərək gündəlik həyatlarına davam edirlər.
Tovuz rayonun təmas xəttinə yaxın olan Əlibəyli, Ağdam və Koxanəbi kəndlərinin də atəşə tutulması intensivləşib. Dam örtüklərinə, darvazalara, pəncərələrə dəyən pulemyot güllələri can almasa da, Əlibəyli kəndində gərginlik yaşadıb. Amma hamı bir nəfər kimi kənddə normal həyatına davam edir.
Ermənilər cəbhəyanı kəndləri mütəmadi atəşə tutmasına baxmayaraq, Azərbaycan ordusunun onlara layiqli cavab verməsi hər kəsi ruhlandırıb. Sakinlər deyirlər ki, əsgərlərimiz son döyüşlərdə nəyə qadir olduqlarını düşmənə nümayiş etdirib.

Nəzakət Ağayeva

19:00 / 04.08.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 12081
Bu ay: 128821
Ümumi: 18326981
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın