/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dağlıq Qarabağ

ATƏT niyə susur?

Şriftin ölçüsü:  11px13px15px17px

Maraqlıdır ki, təmas xəttində və sərhəd bölgələrində ciddi toqquşmalar fonunda ATƏT-in müşahidə qrupu münaqişə bölgəsində növbəti monitorinqin insidentsiz keçdiyi barədə məlumat açıqladı. Ermənistanın atəşkəs rejimini pozması və təxribatlar törətməsi faktı bu dəfə də ATƏT-in ikili standartları ucbatından görməməzliyə vuruldu. Cidanın çuvalda gizlədilməsi mümkün olmadıqdan sonra həmsədr dövlətlərin, BMT-nin və ATƏT-in verdikləri bəyanatlar isə əvvəlkilərdən heç nə ilə fərqlənmədi. Yəni ümumi söz yığnağından başqa bir şey olmadı ki, bu da Ukraynada yaşanan hadisələrlə bağlı Qərbin Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməsi müqabilində ən azı təəccüb doğurur. Hərçənd, istər BMT, istərsə də digər beynəlxalq və regional təşkilatalar nə Ukraynanın ərazi bütövlüyünün təmin olunmsaı, nə də ki, Rusiyanın Krımı tərk etməsiylə bağlı müvafiq Qətnamələr çıxarmayıblar. Amma, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsi barədə BMT-nin 20 il öncə qəbul etdiyi 4 Qətnamə və digər qurumların imza atdığı çoxlu sayda sənəd hələ də öz icrasını gözləyir. Belə olan halda, Rusiyaya qarşı tətbiq edilən iqtisadi-siyasi sanksiyaların fövqündə, təcavüzkar Ermənistana belə loyal münasibət nədən irəli gəlir? Və bu cür selektiv yanaşma BMT-nin, ATƏT-in və Qərbin, ümumilikdə beynəlxalq hüququn nüfuzuna ciddi zərbə vurmurmu?
Bəli, topu-topxanası və cəbbəxanasının gücünü lazımi məqamda göstərən Qərbi təcavüzkar Ermənistana gəldikdə nala-mıxa vurmağa məcbur edən geosiyasi maraqlardır. Elə həmin maraqlar üzündən də nə Qərb, nə BMT, nə də ki, ATƏT Ermənistanın Azərbaycana qarşı müharibə apardığını etiraf etmir. Halbuki, son hadisələrlə bağlı Ermənistan müdafiə nazirliyinin Azərbaycana müraciəti və bu hadisələrdə erməni tərəfindən ölən hərbçilərin məhz Ermənistan vətəndaşları olması faktları buna əyani sübutdur. Hələ bu azmış kimi, bir sıra Qərb ölkələri nəinki təcavüzkar Ermənistanı, hətta Dağlıq Qarabağın separatçı rejimini indiyədək müxtəlif layihələr pərdəsi altında birbaşa maliyyələşdirirlər. Əgər bu ikili standart deyilsə, bəs onda ikili standart nədir?
Bəli nə Azərbaycanın siyasi rəhbərliyi, nə də ki, Azərbaycan xalqı bu halla artıq barışmaq fikrində deyil. Və öz tələbini günü-gündən daha sərt şəkildə ortaya qoyur. Əks-təqdirdə Azərbaycan işğal olunmuş ərazilərini istənilən yolla azad etmək hüququna malikdir. Vəziyyətin bu cür mürəkkəb məqama yetişməsinin əsas günahkarı isə Ermənistanın pərdəarxası havadarları, uzun illər boyu sözbazlıqla məşğul olan həmsədr dövlətlər, beynəlxalq və regionla təşkilatlardır. Və nəticə şıxarmaq məsuliyyəti də məhz onların üzərinə düşür.

19:00 / 04.08.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 10697
Bu ay: 127437
Ümumi: 18325597
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın