
«Ümüd edirəm ki, Ermənistan və Azərbaycan prezidentləri yaxın gələcəkdə görüşüb,vacib məsələləri müzakirə etməyə razılıq verəcəklər».bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədir Ceyms Uorlik, APA-nın sualını cavablandırarkən deyib. Həmsədr döyüşlər zamanı həlak olan hərbiçilərimizin ailələrinə başsağlığı verib və münaqişənin hərbi yolla həllinin mümkün olmadığını bəyan edib. «Təmas xəttində çoxlu sayda ölümlərin baş verməsi barədə xəbərlərdən çox narahatam. Bu insidentlər münaqişənin sülh yolu ilə həlli səylərinə zərbədir. Mən tərəfləri atəşkəsə əməl etməyə çağırıram.» amerikalı həmsədir belə deyib. Uorlik həmçinin sülh razılaşmasına aparacaq danışıqlara başlamağın vaxtının çatdığığını bildirib.
19:00 / 04.08.2014