
Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Ermənistan ordusunun hərbi hissələrində daha iki əsgər xidmət yoldaşları tərəfindən öldürülüb. Hərbi qulluqçular Vladimir Melkonyan və Vartan Xaçatryanın valideynlərinə övladlarının qarşı tərəfin açdığı atəşdən döyüş mövqeyində öldürüldüyü barədə yalan məlumat verilib. Sonradan araşdırma nəticəsində Qaboyan soyadlı şəxs şahid qismində dindirilib və onun sözlərindən məlum olub ki, hər iki hərbçi zirehli gödəkçədə olublar. Lakin baxış zamanı ölənlərin hər ikisinin zirehli gödəkçəsinin zədəsiz və deşiksiz olduğu aşkar edilib. Bu isə erməni hərbçilərinin qarşı tərəfin açdığı atəşdən deyil, münaqişə zəminində xidmət yoldaşları tərəfindən öldürüldüyü barədə şübhələrin əsassız olmadığını sübut edir. Artıq hadisə ilə əlaqədar 2 nəfərin həbs edildiyi bildirlir.
19:00 / 11.11.2017