
Samuxda vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib. Yarmarkaya 111 boş iş yeri çıxarılıb. Tədbirdə 200-ə yaxın iş axtaran vətəndaş iştirak edib və onlara təklif olunan boş iş yerləri üçün əmək haqqı məbləği 85-200 manat arasında olub. Yarmarkada iştirak edən vətəndaşlardan 50-si öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş vərəqəsi alıb. Rayonda əsasən səhiyyə sahəsində kadrlara ehtiyac duyulur.
13:00 / 09.09.2010