/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

«Qələbə» qəzetinin 90 yaşı tamam olub

Şriftin ölçüsü:  11px13px15px17px

Salyanda çıxan «Qələbə» qəzetinin 90 yaşı tamam olub. Milli lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayan yubiley mərasimində qeyd edilib ki, «Qələbə» qəzeti rayonun mədəni, ictimai-siyasi həyatının formalaşmasında müstəsna rola malikdir. 1924-cü il fevralın 21-də «Qırmızı muğan» adı altında ilk nömrəsi işıq üzü görən mətbu orqanın indiyədək 8300 nömrəsi çapdan çıxıb. Qəzet müxtəlif illərdə «Sosializm yolu», «Məhsul», 1965-ci ildən isə «Qələbə» adı ilə buraxılır. Hazırda qəzet həftədə 2 dəfə çap olunur. Tədbirə qatılan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşov da «Qələbə» qəzetinin fəaliyyətini yüksək qiymətləndiriblər. Sonda qəzetin əməkdaşlarına fəxri fərman və qiymətli hədiyyələr verilib.

13:00 / 21.02.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 18053
Bu ay: 258001
Ümumi: 11240462
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın