/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Tərəkəmə çərşənbəsi Beynəlxalq Folklor Festivalı keçirilir

Şriftin ölçüsü:  11px13px15px17px

Şirvan bölgəsinin ən iri yaşayış məskəni sayılan Axtaçı obasında ilaxır çərşənbə 3 gün qeyd edilir. Tərəkəmə çərşənbəsi adlanan bu mərasim artıq ikinci ildir ki, Beynəlxalq Folklor Festivalı statusunu alıb. Xarici qonaqların da qatıldığı festivala Ağsunun Gəgəli kəndində start verilib. Gəgəli kəndi Axtaçı obasının yaşayış məntəqələrindən biridir. Oğuz türklərindən olan əhali tərəkəmə həyatı yaşayır, yəni heyvandarlıqla məşğul olur. İlaxır çərşənbə torpağın oyanışı ilə bağlı olduğundan tərəkəmələr Novruzu məhz torpaq çərşənbəsində qeyd edirlər. 400-dən artıq yerli və əcnəbi turistin qatıldığı festival iştirakçıların rayondakı tarixi məkanlara ekskursiyası ilə başladı. Orta əsr Ağsu yaşayış kompleksinə baş çəkənlər rayonun bu və digər abidələri, tarixi barədə geniş məlumatlandırıldılar. Festivalın açılışı həyətlərin birində oldu. Burada iri çadır və səhnəcik qurulmuşdu. Tərəkəmə həyatına məxsus alaçıx, kənd xanımlarının toxuduğu palaz və qarakeçələr, maraqlı əl işləri, qədim məişət əşyaları və bayram atributları turistlərin diqqətini çəkdi. Sac üstündə bişirilən qutablar, kənd yeməkləri, bayram təamları qonaqlar üçün süfrələrə düzüldü. Qonaqlar Novruz bayramı, tərəkəmə çərşənbəsinin özəllikləri barədə məlumatlandırıldıqdan sonra isə səhnə folklor nümunələrinin nümayişinə verildi. Yerli ansambıllar, ifaçılarla yanaşı, Türkiyə, Gürcüstan, Misir, Yəmən, İndoneziya və Hindistandan gələn qrupların çıxışları oldu. Maraqlı ifalardan biri İzmir türklərinin Qafqaz rəqsi idi. Hindistan, Misir rəqsləri də festivala rəng qatdı.İlaxır çərşənbə gününün sonunda isə çilə axşamına start verilir. Kənd camaatı sabaha qədər yuxu yatmaz, çillə çıxarar. Maraqlı oyunlar oynanar, milli folklor nümunələri oxunar, rəvayət və dastanlar danışlar. Kimsə yatsa, torbaya salınıb tikilər. Sübh tezdən isə hər ailə ayağa qalxıb ocağını yandırar. Bu gün festival sona çatır. Onu da deyək ki, 2-ci Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı multikulturalizm ilinə həsr olunub.

Günel İsayeva

13:00 / 16.03.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 2524
Bu ay: 323194
Ümumi: 13147492
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın