/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Selin fəsadları hələ aradan qaldırılmayıb

Şriftin ölçüsü:  11px13px15px17px

Lənkəranda bəzi yerlərdə sel sularının yaratdığı fəsadlar hələ də aradan qaldırılmayıb. Bir kəndin əsas istifadə etdiyi iki piyada keçid körpüsü, hasarlar dağılıb, yol yararsız hala düşüb. Bir müddət öncə baş verən güclü selin fəsadlarından hələ də əziyyət çəkən Lənkəranın Separadi kəndidir. Yaşayış məntəqəsinin ərazisindən keçən Ulum çayının daşması nəticəsində sakinlərə ciddi ziyan dəyib. Sel suları kiminin hasarını yuyub aparıb, kiminin də bağını. Çayda su sürətlə axdığından torpaq qatını yuyaraq məcranı evlərə yaxınlaşdırıb. Çayın kənarı ilə avtomobillərin hərəkət etdiyi yol da selin qurbanına çevrilib. Bəzi sakinlər öz vəsaiti hesabına çayda beton bərkitmə işləri aparıblar. Amma bu işlə selin qarşısını almaq mümkün görünmür. Bir körpünü sel suları tamamilə yuyub aparıb, digəri isə qəzalı vəziyyətdədir. Məsələ ilə bağlı kəndin icra numayəndəsi süleyman əzimova müraciət etdik. Onun sözlərinə görə, bütün rəsmi qurumlara məlumat verilib. Dəymiş ziyan və yaranmıştəhlükə yerində araşdırılaraq akt tərtib edilib. Amma problemin nə vaxt həll olunacağını deyə bilmərik, statın sonu.

Vurğun Məmmədov

21:00 / 30.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 15255
Bu ay: 431601
Ümumi: 11958369
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın