/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Meşə yanğınının qarşısı alınıb

Şriftin ölçüsü:  11px13px15px17px

Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayında ötən gün axşam saatlarında baş verən yanğının qarşısı alınıb. Güclü külək səbəbindən sahəsi genişlənən alov bu səhər saat 7 radələrində tam söndürülüb. Alov ümumillikdə 8 hektardan artıq ərazini əhatə edib. Rayon mərkəzindən 26 kilometr uzaqlıqda, yüksək dağətəyində yanan meşənin söndürülməsində Daşkəsən Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi, Dəstəfur və Kollu kəndlərinin, eləcə də qonşu kəndlərin sakinləri iştirak edib. Yanğının yaxınlıqdakı yaşayış evlərinə keçmə təhlükəsinin qarşısı vaxtında alınıb. Həmin kəndlərdə elektrik enerjisinin və rabitənin bərpa olunması istiqamətində müvafiq işlər görülür.

21:00 / 31.10.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 11342
Bu ay: 279497
Ümumi: 14413858
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın