/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

İçməli su təchizatı və kanalizasiya sistemi yenilənir

Şriftin ölçüsü:  11px13px15px17px

Qax və Şəki şəhərlərində içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi davam etdirilir. Qaxda işlərin 90 faizdən çoxu, şəkidə isə yarısı görülüb.
Qax şəhərinin su təchizatı sistemi ötən əsrin 50-60 –cı illərində yaradılıb. Son illər köhnə xətlərlə gələn sudan əhali çətinliklə istifadə edirdi. Şəhərin yeni salınan küçələrinin sakinləri isə yalnız bulaq sularından yararlanırdı. Hazırda isə içməli su xətlərinin böyük hissəsinin qurulmasi ilə şəhər sakinləri yüksəktəzyiqli və təmiz su ilə təmin olunub. Bunun üçün nəzərdə tutulan 7 ədəd min kubmetrlik su anbarının 6-sı artıq tikilərək istismara verilib. Digərinin inşası isə yaxın günlərdə başa çatdırılacaq.
Kanalizasiya sisteminin isə 85 faizi tikilib. Qalan hissəsində də işlər sürətlə aparılır. Bu xətlərin 6 min yaşayış evi ilə birləşdirilməsi planlaşdırılıb ki, onun da indiyədək 20 faizi reallaşıb. Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulmasına ötən ilin sonundan başlanılıb və layihə mərhələlərlə həyata keçirilir. Son iki həftədir yeni su anbarlarının test-sınaq işləri görülür.
Hazırda Şəkinin əksər hissəsində qızğın iş gedir. Şəhərdə su təchizatı yenilənir, yox dərəcəsində olan kanalizasiya xətləri çəkilir. İşlərin 2018-ci ilin sonunda tam başa çatdırılması nəzərdə tutulub.

13:00 / 01.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 1832
Bu ay: 372931
Ümumi: 12551318
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın