
Xocalı polisi xidməti ərazidə silah-sursat aşkarlayıb. Xocalı rayon polis şöbəsinə Yuxarı-Ağcakənd-Buzluq yolunun kənarında daşın altında silah-sursat olması barədə məlumat daxil olub. Əməliyyat axtarış tədbiləri zamanı deyilən ünvana baxış keçirilib. Yol kənarından 150 metr aralıda döyüş üçün yararlı olan xeyli miqdarda odlu silah və müxtəlif patronlar, eləcə də əl qumbarası və digər sursatlar aşkarlanaraq götürülüb. Hələlik həmin silahlardan hər hansı bir cinayət əməlində istifadə olunub-olunmaması məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.
21:00 / 01.11.2017