/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Bölgə

Göyçay 12-ci nar festivalına hazırdır

Şriftin ölçüsü:  11px13px15px17px

Göyçay şəhəri sabah keçiriləcək 12-ci nar festivalına hazırdır. 12-ci festival həm məkan, həm vaxt, həm də format baxımından əvvəlkilərdən fərqli olacaq. Rayon mərkəzində nar bayramına hazırlıq işləri bir aya yaxındır görülür. Şəhər nara aid müxtəlif plakat, lövhə və bəzəklərlə bəzədilib, bayraqlar asılıb. Rayon mədəniyyət evinin musiqi kollektivi məktəblilərlə birgə festivalda nümayiş olunacaq milli rəqs nümunələri üzərində işləyir. 12-ci nar festivalı elə rayon uşaq musiqi məktəbinin qarşısından başlayacaq. Bu dəfəki bayrama gəlmək istəyən qonaqların sayı çox olduğundan festival iki gün - noyabrın 3 və 4-ü keçiriləcək. Festivalda 5-6 cür yeni, əyləncəli müsabiqə təşkil ediləcək, həmçinin rəsmi hissədə “nar abidəsinin” açılışı olacaq. Bu ilki festivala paytaxtdan müxtəlif yerli turizm şirkətlərinin xətti ilə mindən artıq turistin, eləcə də 20-ə yaxın səfir və diplomatik nümayəndənin qatılması gözlənilir. Bayramda 70-ə qədər nar sortu və ondan hazırlanmış məhsullar, milli mətbəx təamları, folklor nümunələri, nara aid müxtəlif kompozisiyalar, əl işləri, rəqslər, idman və kəndirbaz oyunları təqdim ediləcək. İki gün ərzində 30-dan çox kəndin yetişdirdiyi nar və ondan hazırlanan məhsulların sərgisi ilə yanaşı, satış-yarmarkası da təşkil olunacaq ki, qonaqlar onların dadına baxıb ala biləcəklər.

Günel İsayeva

21:00 / 02.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 8
Bu gün: 15942
Bu ay: 432288
Ümumi: 11959056
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın