
Düyanın ən balacaboy adamı dünyasını dəyişib. Ginnesin rekordlar kitabının redaktoru Kreyq Qlendi 21 yaşlı çinli Hi Pinqpinqin Romada dünyasını dəyişdiyini açıqlayıb. O bildirib ki, bir televiziya proqramında iştirak edən zaman sinəsində ağrılar hiss edən və xəstəxanaya aparılan Hi Pinqpinqin həyatını xilas etmək mümkün olmayıb. Sümük xəstəliyi səbəbindən inkişaf etməyən və boyu uzanmayan Pinqpinqin boyunun uzunluğu 74,61 santimetr idi.
10:00 / 16.03.2010