
Kolumbiyada, fermalardan birində saxlanplın toyuq dünyanın ən böyük və ən ağır yumurtasını yumurtlayıb. Yumurtanın çəkisi təxminən 245 qramdır. Bu isə adi toyuq yumurtasından təxminən 4 dəfə ağırdır.
Ferma sahibi Hernando Ninonun sözlərinə görə, sözügedən toyuq heç də xüsusi şəraitdə saxlanmayıb. Maraqlıdır ki, bu toyuq əvvəllər normal ölçüdə yumurta qoyurmuş. Sonradan isə onun yumurtalarının ölçüsü artmağa başlayıb. Son bir həftədə isə «Fransiskana» ləqəbli bu toyuq, təxminən 13 santimetr uzunluğunda və 250 qrama yaxın çəkidə yumurta qoymağa başlayıb.
Nino ailəsi artıq yumurta ilə bağlı Ginnes nümayəndələrinə müraciət edib. Bu həftə ərzində isə nümayəndələrin fermaya baş çəkəcəyi gözlənilir. Əgər yumurtanın həqiqətən də dünyada ən böyük olduğu təsdiqlənsə, o zaman «Fransiskana»-nın adı Ginnesin rekordlar kitabına daxil ediləcək.
19:00 / 07.02.2012