/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Maraqlı

Yeni tamaşanın premyerası olub

Şriftin ölçüsü:  11px13px15px17px

Lənkəran Dövlət Dram Teatrında iranlı rejissorun quruluş verdiyi tamaşanın premyerası olub. İran yazıçısı Bəhram Beyzayinin "İlan sultan" əsəri əsasında hazırlanan tamaşa bundan sonra beynəlxaq festivalada oynanılacaq.
Əsər iki gəncin saf məhəbbətindən, bütün maneələri aşaraq vüsala yetişməsindən bəhs edir. Bu klassik sujet xətti ilə tamaşaçını düşündürmək üçün rejissor Xeyrullah Təğiyanipur bütün bacarığını ortaya qoyub. Deyir ki, indiyədək bir neçə ölkənin aktyorları ilə çalışıb. Azərbaycan aktyorları ilə işləmək isə onun üçün ürəkaçan olub.
Yeni səhnə əsəri lənkəranlı tamaşaçılarda maraq oyada bilib. Lənkəran Dövlət Dram Teatrının kollektivi gələn ilin yanvarında İranda keçiriləcək beynəlxalq festivalda iştirak edəcək. Teatr "İlan sultan" tamaşasını paytaxtla yanaşı, azərbaycanlıların komapkt yaşadığı şəhərlərdə də təqdim edəcək.
Qeyd edək ki, tamaşada əsas rolları respublikanın əməkdar artisti Sucəddin Mirzəyev, aktyorlardan Sayad Əliyev, Aynur Əhmədova, Qızılgül Quliyeva, Miraslan Ağayev, Əlibala Əsgərov, Emin Fərzullayev, Tərlan Abdullayev, Nizami Qurbanov, Gülər Kərimova, Şəbnəm Hüseynova, Emil Rzayev və digərləri oynayırlar.

Vurğun Məmmədov

13:00 / 17.12.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 4333
Bu ay: 116564
Ümumi: 17830735
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın