/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Maraqlı

Yeni ili yolkasız təsəvvür etmək çətindir

Şriftin ölçüsü:  11px13px15px17px

Al-əlvan bəzədilmiş küknar ağacı bayramın əsas atributlarından biri sayılır. Yeni il ağacı iynəyarpaqlılar sinfinə daxil olan ağac növü və ya süni hazırlanan ağacdır. Əlbəttə, təbii olsa və yarpaqları ətir saçsa daha gözəl olardı. Amma təbiəti qorumaq xatirinə süni şam ağacları ilə də keçinmək olar. Bu ağac bayram qabağı həm evdə, həm də küçədə müxtəlif oyuncaqlarla bəzədilir. Bəs görəsən yolka bəzəmək ənənəsi necə yaranıb. Əslində həyat rəmzi olan şam ağacının bəzəndilməsi tarixi xristianlıqdan əvvəl başlayır və hər hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirib bəzəyərdilər. Druidlər isə palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. O zaman insanlar fəsillərin rolundan agah olmadıqları üçün ağacların yazda yenidən yaşıllaşması onların ölüb yenidən dirildiyi təsəvvürünü formalaşdırmışdı. Ona görə də həmişəyaşıl ağaclar "ölümsüz həyatın simvolu" idi. Avropada isə bu ənənənin əsası XVI əsrdə Almaniyanın Strasburq şəhərində qoyulub. İndi bizim gördüyümüz bəzəkli şam ağacı əvvəlkindən xeyli fərqlənir. O vaxt küknar ağacları oyuncaqlarla deyil, rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirdi. Daha sonra insanlar bu atributu öz adət-ənənələrinə, dəyərlərinə, həyat tərzlərinə uyğun bəzəməyə başladılar. Vaxt keçdikcə bu adət bütün Avropaya yayıldı. Amerikaya da bu ənənəni burada məskunlaşan almanlar gətirdilər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirildi. O vaxtdan hər il yeni il bayramında ağ evin qarşısında bu mərasimi baş tutur. Yeni ildə yolka bəzəmək ənənəsi Azərbaycanda da geniş yayılıb. Hətta bəzi mənbələr bu adətin kökündə sənubər ağacını bəzəmək ənənəsinin olduğunu göstərir. Bu adət hənzərat ibn sübhan zamanından qalıb və təkcə sənubər ağacını yox, istənilən qaya üstündə tənha bitən ağacı əski-üskü ilə bəzəyib edilən duaların qəbul olacağına ümid edilərdi. İndiki şam ağaclarını daha kreativ və innovativ üsul ilə bəzədilməsi onu göstərir ki, insanların düşüncələri və bayram qeyd etmə tərzləri dəyişsə də bu bayrama qarşı diqqət və sevgi hələ də dəyişməyib. Bu bayramın atributu olan küknar ağacı bütün insanları dinindən və irqindən asılı olmayaraq birləşdirməyə, paylaşmağa, sevgiyə, dostluğa, yeni arzulara, yeni ümidlərə aparmağa xidmət edir. Bəlkə də çoxunuz deyəcəksiniz ki, bu mövhümatdır və belə şeylər etmək düzgün deyil. Lakin onu qeyd edək ki, bayramı, ümumilikdə insanın həyatını bəzəyən ümidlər, arzular, istəklərdir. O zamanlar insanlar şam ağacından arzularının çin olmasını istəyirdilərsə hazırda isə yolka yalnız dekorasiya, yeni ilin atributu və uşaqların əylənməsi üçün bəzədilir.

13:00 / 31.12.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 5004
Bu ay: 117235
Ümumi: 17831406
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın