/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Maraqlı

Qobustan qoruğuna səyahət

Şriftin ölçüsü:  11px13px15px17px

Bakıdan 65 kilometr məsafədə yerləşən, Azərbaycanın qədim tarixini özündə əks etdirən bir məkan var. Təbii ki, söhbət Qobustan dövlət tarixi-bədii qoruğundan gedir. Son günlər bu qoruq turistlərin də ən çox üz tutduğu məkanlardandır. Üzərində şəkil, çuxur, dəlmə və damğa olan bu daşlar qədim Azərbaycan mədəniyyəti abidələridir. Bura demək olar ki, hər gün turistlər axışır. Təşkil olunan interaktiv turlarda ibtidai insanların yaşam tərzi barədə hər tərəfli məlumat verilir. 4 min hektardan artıq ərazisi olan qoruqda 6 mindən çox qayaüstü təsvir, 20 sığınacaq və 40-dan artıq kurqan aşkar olunub. 105 mindən çox maddi-mədəniyyət nümunəsi tapılıb. Buradakı böyük qaya parçalarından biri də qaval daşıdır. Dünyada ilk musiqinin 10 min il bundan əvvəl məhz qaval -«Qəbail» yəni qəbilə daşı ilə çalındığı iddia edilir. Bu fərziyələr də yallı rəqsinin tarixi ilə üst-üstə düşür. Dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun maddi-mədəni irs siyahısına daxil olunub. Dövlət başçısı İlham Əliyevin sərəncamından sonra 2011-ci ildə Qobustan milli tarix-bədii qoruğunun yeni muzey binası inşa edilib. Muzey öz müasirliyi ilə nəyinki Qafqazda, hətta dünyada seçilib-fərqlənir. Tarix təkcə qədim əlyazmalardan ibarət deyil, hər daş özü bir tarixdir. Odur ki, xalqımızın qədimliyini özündə əks etdirən Qobustanı qorumaq, təbliğ etmək və öyrənmək hər birimizin borcudur.

13:00 / 21.03.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 3888
Bu ay: 116119
Ümumi: 17830290
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın