/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Maraqlı

İkinci dünya müharibəsində iştirak edən avtomobillərin sərgisi

Şriftin ölçüsü:  11px13px15px17px

Onlar döyüşlərin iştirakçısı olub, onların sahibləri arasında əfsanəvi sərkərdələrin adları var, onlardan indi də istifadə olunur - ancaq ilkin məqsədlərlə yox - eksponat kimi. Söhbət müharibədə istifadə edilmiş hərbi maşınlardan gedir. Moskvada “Müharibənin motorlar”ı adlı sərgidə ikici dünya müharibəsində bütün vuruşan tərəflərə məxsus hərbi texnika sərgilənib. Rusiyadakı xüsusi müxbirimiz anar həsənov sərginin iştirakçısı olub. Onlarla tank, hərbi avtomobillər, özüyeriyən artileriya qurğuları, motosikiletlər. Onların hər birini tarixin bir hissəsi adlandlrmaq olar. Sərginin ulduzu, əlbəttə Marşal Jukova məxsus bu “Qaz 61-73” komandir avtomobili sayılır. 1942-ci il oktyabrın 26-da istehsal edilmiş avtomobildə Jukov hərbi hissələri yoxlamağa gedirmiş. Müharibədən sonra uzun müddət nəzarətdən kənarda qalmış avtomobilin indi gördüyümüz saz vəziyyəti əlbəttə ki, bərpaçıların əməyidir. “Müharibənin motorları” sərgisi 6-cı dəfədir təşkil edilir. Amma ilk dəfə idi ki, bu sərgidə ikinci dünya müharibəsinin iştirakçısı olmuş bütün tərəflərin texnikası nümayişə çıxarılıb. Məsələn müasir dövrümüzə gəlib çatan yeganə fransız özüyeriyən qaubitsası loreyndir. Bu isə unikal amfibiya şvimvagendir - yəni suda üzən alman avtomobili. Ümumiyyətlə burda təqdim edilən hər iki avtomobidən biri nadir eksponat sayılır. Təşkilatçılar ekspozisiyanı iki hissəyə ayırıb. Bir tərəfdə alman, yapon, italyan və fransızların istehsalı olan hərbi texnika, - digər tərəfdə isə antihiltler koalisiyasına məxsus - pulemyotlar, suda üzən tanklar, komandir və kəşfiyyat avtomobilləri. Vermaxtın bir cərgədə düzülmüş avtomobilləri, yapon tankı xa-qo, italyan hərbi avtomobili və filmlərdə gördüyümüz onlarla avtomobil və onların qarşısından qalib ordunun komandirlərinin gəzən hərbiçiləri isə əsil kino atmosferini yaradırdı. Sərginin mirvarisi isə alman istehsalı olan bu qara horx 853-dür. O kolleksiyanın ən bahalı avtomobilidir. Sahibi deyir ki, nə vaxtsa onu satmaq istəsə, hərrac 1 milyon avrodan başlayacaq. Müharibə motorları sərgisinin daha parlaq və maraqlı olmasının bir səbəbi isə kolleksioner və bərpaçıların, hətta onların sərgiyə gətirdiyi ailə üzvlərinin hərbi paltarda iştirakı idi.

13:00 / 21.03.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 4934
Bu ay: 117165
Ümumi: 17831336
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın