/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Maraqlı

İşıqfor günü qeyd olunur

Şriftin ölçüsü:  11px13px15px17px

Avqustun 5-i bütün dünyada işıqfor günü kimi qeyd olunur. Yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi, keçmə növbəliyinin qorunmasında xüsusi rol oynayan bu qurğuların tarixi, əhəmiyyəti böyükdür. Bu gün piyadalar sürətli avtomobillərin şütüdüyü yollardan da asanlıqla istifadə edə bilirlər. İllər öncə, hələ işıqforun ixtira edilmədiyi zamanda böyük şəhərlərdə yaşayan insanlar isə çox əziyyət çəkiblər. Çünki at arabaları bütün yolları zəbt etmişdi. Yollarda hərəkəti tənzimləmək üçün isə heç nə yox idi. Bu problem 10 dekabr 1868-ci ildə, Londonda öz həllini tapır. Jon Pik Nayt əl ilə idarə edilən işıqforu hazırlayır. Üfuqi işarə “dayanmaq”, digəri isə ehtiyyatla hərəkət etmək olar mənasına gəlirdi. Bu ixtira zamanla inkişaf etdirilərək günümüzə kimi gəlib çıxıb. Azərbaycanda isə ilk işiqfor 1934-cü ildə, təxminən indiki Əziz Əliyev və Zərifə Əliyeva küçələrinin kəsişdiyi yerdə qurlaşdırılıb. O illərdə Bakıda az-az rast gəlinən qurğuya insanlar məhəl qoymurmuş. İlk üçrəngli işıqfor 1920-ci ildə, Nyu-Yorkda yaranıb. Maraqlıdı, görəsən niyə məhz yaşıl, sarı və qırmızı rənglərdən istifadə edilib? İş orasındadır ki, bir rəngi digərindən işıq dalğasının uzunluğu ayırır. Misal üçün göy rəngin dalğası qırmızının yarısı qədərdi. Dalğa nə qədər uzundursa, rəngi görmək bir o qədər rahatdı. Rəng seçiminin digər səbəbi isə belədi- qırmızı təhlükəni bildirir, sarı rəng insanda diqqəti artırır, yaşıl isə rahatlıq hissi bəxş edir.

19:00 / 05.08.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 4777
Bu ay: 117008
Ümumi: 17831179
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın