/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Maraqlı

Bu gün beynəlxalq solaxaylar günüdür

Şriftin ölçüsü:  11px13px15px17px

Bu qeyri rəsmi bayram ilk dəfə 1990-cı ildə, britaniyalı solaxaylar klubunun təşəbbüsü ilə keçirilib. Solaxay uşaqlar sağ əldən istifadə etməyə məcbur edilirdi. Bu məcburiyyət uşaqlarda stress və psixoloji problemlər yaradırdı. Bayram isə diqqəti solaxaylara çəkmək üçün təsis edildi. Bonapart Napoleon, Benjamin Franklin, Böyük Buş, Albert Eynşteyn, Nyuton, Mikelancelo, Mark Tven, Merlin Monro və yüzlərlə məhşur simanı bir xüsusiyyət birləşdirir. Onların hər biri solaxay olub. Alimlər solaxayların daha bacarıqlı, zəhimli və pul qazanma qabuliyyətinin daha yüksək olduğunu aşkarlayıb. Solaxaylığa daha çox kişilər arasında rast gəlinir. Bu gün cəmiyyət solaxayları xüsusi istedadlı kimi qəbul edir. Amma bir zamanlar bu cür insanlar şeytanın köməkçisi adlandırılaraq, yandırılırdı. Bu gün də uşaqlarını sağ əldən istifadə etməyə məcbur edən valideyinlərə rast gəlinir. Bəzi hallarda azyaşlılar sağ əli işlək hala gətirməyi bacarırlar. Səhnəmizin məşhur siması aşıq Zülfiyyə də oxşar halla qarşılaşıb. Beynin sağ yarımkürəsi bədənin sol hissəsini, sol yarımkürəciyi isə sağ tərəfi idarə edir. Solaxaylarda isə sağ yarımkürəcik daha yaxşı inkişaf etdiyindən, onlar həyatı daha obrazlı və gözəl duyurlar. O, insanların sırasında Barak Obama, Tom Kruz, Nikol Kidman, Bill Qeyts, Dieqo Maradona, Mariya Şarapova və başqa məşhurlar da var.

13:00 / 13.08.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 4461
Bu ay: 116692
Ümumi: 17830863
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın