/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Maraqlı

Beynəlxalq fotoqrafiya günüdür

Şriftin ölçüsü:  11px13px15px17px

Bayramın tarixi o qədər də qədim deyil, cəmi 7 ildir qeyd edilir. Amma avqustun 19-da təqvimə salınmasının xüsusi bir səbəbi var. 1839-cu ildə, Lui Jak Daqer ilk fotonu çap etməyi bacarıb. Bu ixtira fotoqrafiya sahəsində atılan ən böyük addımlardandı. Hər an - yeganə və təkrarolunmazdır. İnsanlar hələ əsrlər əvvəl bunun fərqində idilər. Elə buna görə də maraqlı məqamları, hadisələri, gözəl məkanları, sevimli insanların simasını ölümsüzləşdirmək üçün fotoaparat ixtara edilir. İlk fotonu 1825-ci ildə, fransız ixtiraçı Jozef Nyepsom çəkir. Proses 8 saat davam edir. Günəş şərqdən-qərbə gedərək binanın hər iki tərəfini işıqlandırır. İlk rəngli fotonu isə 1861-ci ildə əldə çəkmək mümkün olub. Bu işi məşhur şotland fizik Jeyms Klerk bacarıb. Bu gün fotoqrafiya həm də peşə və incəsənətdi. Elə buna görə də 2009-cu ildə, avstraliyalı fotoqraf Korske Aranın təklifi ilə avqustun 19-u beynəlxalq fotoqrafiya günü kimi qeyd edilir. Azərbaycanda da bu günü qeyd edən fotoqraflar yetəri qədərdi. Onlardan biri də foto-rəssam, əməkdar incəsənət xadimi Ələkbər Ağasıyevdi. O, demək olar ki, Azərbaycanın ən tanınmış simaları ilə təmas qura bilib. Fotolarını çəkən zaman dostluq münasibəti qurduqları da az olmayıb. Ələkbər Ağasıyevin işləri xarici ölkələrdə də tanınır. Hətta müxtəlif mükafatlara da layiq görülüb. Yeni planlara gəlincə. Əməkdar incəsənət xadiminin növbəti sərgisi Amsterdamda təşkil olunacaq. 177 yaşlı fotoaparatın obyektivi bu gün də maraqlı və fərqli görüntü axtarışındadır.

19:00 / 19.08.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 4890
Bu ay: 117121
Ümumi: 17831292
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın