
Bilgəhdən Sumqayıta çəkilən dənizkənarı magistral yol gələn il istifadəyə veriləcək. Yol istismara verildikdən sonra şəhərə daxil olmadan Bakıdan birbaşa Sumqayıta və əksinə hərəkət etmək mümkün olacaq.
Uzunluğu 39 km olan Bakı – Sumqayıt yolunun artıq 14 kilometrində tikinti işlərinə başlanılıb. Hazırda ərazidə yolun yataq hissəsi hazırlanır. Eni 41 metr olan magistral, 6 zolaqlı olacaq. Yolun üstündən bir avtomobil , 3 piyada keçidinin tikilməsi planlaşdırılır.
Yeni çəkilən yol turizm mərkəzlərinin yaxınlığından keçdiyi üçün böyük əhəmiyyət daşıyır. Yol həm də Bakıdan şimal bölgəsi istiqamətində avtomobillərin hərəkətini tənzimləyəcək. Magistralın keçdiyi ərazilərdə kommunikasiya xətlərinin çox olması tikinti işlərini ləngidir. Qaz, işıq, su və kanalizasyia xətlərinin ərazidən kənarlaşdırılması üçün artıq aidiyyatı qurumlara müraciət olunub.
16:00 / 03.03.2010