
Həmişə bir birindən rəngarəng maraqlı layhələrlə tamaşaçıların görüşünə gələn «Lider» televiziyası ənənəsinə sadiqdir. Bu gün televiziyamızda yeni bir layhə «Güclülərin liqası» yarışması yayımlanmağa başlayacaq.
Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Qol Güləşi Federasiyasının təşkilati dəstəyi ilə reallşmış bu maraqlı yarışmanı tamaşaçılarımız bu axşam saat 20:30-da izləyə biləcəklər. «Güclülər liqası» adlanan bu yarışmada Azərbaycanın 12 ən güclü idmançısı avtomobil uğrunda mübarizə aparacaq. Bu idmançıların hər biri müxtəlif beynəlxalq yarışların qalibləridirlər.
Bu möhtəşəm yarışmanın izləmək üçün, Dünya Qol Güləşi Federasiyasının vitse-prezidenti Assen Hacı-Todorov ölkəmizə gəlib. O, bu idman növünə ölkəmizdə böyük marağın olduğunu bildirdi.
13:00 / 13.03.2010