Online xəbərlər
EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 12521 Polyarizasiya H Axın sürəti 4340 FEC 1/2  ||  EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 11861 Polyarizasiya R Axın sürəti 27500 FEC 3/4  ||  HOT BIRD 6/7A/8 at 13.0° Tezlik 12149 Polyarizasiya V Axın sürəti 27500 FEC 3/4  ||  
Xəbərlər

Eksklüziv

«Qarabağlı» erməni rəqibini peşiman etdi

Şriftin ölçüsü:  11px13px15px17px

Qondarma erməni soyqırımının qeyd ediləcəyi günə azərbaycanlı idmançını «qurban» etməyə hazırlaşan bədniyyətli erməni atletinin arzusu ürəyində qaldı. O Azərbaycan pəhləvanı qarşısında aciz qalaraq dediyi sözlərə peşman oldu. Söhbət qaydasız döyüşlərin elit kateqoriyası hesab olunan Miks – Fayt yarışlarında çıxış edən Azərbaycan idmançısı Şəhriyar Abbasovun Rusiyanın «Anapa» klubunu təmsil edən erməni İşhan Zakaryan üzərində qələbəsindən gedir. Rusiyanın paytaxtı Moskvada təşkil olunan və Hollivudun döyüş filmlərinin qəhrəmanı, tanınmış idmançı və kinoaktyor Jan Klod Van Dammın da izlədiyi döyüş «Miksfayt M-1» üzrə Şərqi Avropa çempionatı çərçivəsində baş tutub. İkinci raundda rəqibini ağrıdoğurucu fəndlə məğlub edən Şəhriyar bununla da elit mərhələdə ilk qələbəsini qazanıb. Erməni idmançı üzərində parlaq qələbə və qarşıdakı planlar bu gün təşkil olunan mətbuat konfransında da müzakirə mövzusu oldu. Miks-Yaft yarışlarının Azərbaycan üzrə nümayəndəsi və Şəhriyar Abbasovun məşqçisi Kənan Məmmədov əvvəlcə sözügedən yarışla bağlı məlumat verdi. Onun sözlərinə görə, bütün dünyada böyük maraqla izlənilən turnir ilboyu davam edir və ardıcıl 3 qələbə qazanan idmançı dekabrda təşkil olunan finalda iştirak hüququna yiyələnir. İlk döyüşünü qələbə ilə başa vuran Şəhriyarın növbəti döyüşü avqustda Hollandiyada olacaq. Qələbə qazacağanı təqdirdə idmançımız ilin sonunda Amerika Birləşmiş Ştatlarında təşkil olunacaq final mərhələsinə yollanacaq. Vaxtilə cüdo və sambo üzrə Azərbaycan çempionu olmuş, pankration üzrə Avropa çempionatının finalçsısı olmuş Şəhriyar Abbasovun erməni idmançısı ilə keçirdiyi döyüşlə bağlı fikirləri də maraqlı idi: «Döyüşdən əvvəl eşitdim ki, İşhan Zakaryan məni qondarma erməni soyqırımına qurban edəcəyi ilə bağlı fikirlər söyləyib. Təbii ki bu məni döyüşə daha əzmlə hazırlaşmağa sövq etdi. Soyuqdəymə nəticəsində qızdırmamın olmasına və döyüşdən tam üzürlü səbəb üzündən imtina etmək imkanına malik olsam da, bunu etmədim. Şükürlər olsun ki, rəqibə qalib gələ bildim». Onu da qeyd edək ki, Neftçi İdman Sağlamlıq Mərkəzini təmsil edən Şəhriyar Abbasovun beynəlxalq döyüşlərdəki ləqəbi də yaddaqalandır- «Qarabağlı»!!!

19:00 / 28.04.2010
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 9
Bu gün: 540
Bu ay: 20103
Ümumi: 3323571
Ölkə: United States

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın