Online xəbərlər
EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 12521 Polyarizasiya H Axın sürəti 4340 FEC 1/2  ||  EUTELSAT Sesat & W 4 at 36.0°E Tezlik 11861 Polyarizasiya R Axın sürəti 27500 FEC 3/4  ||  HOT BIRD 6/7A/8 at 13.0° Tezlik 12149 Polyarizasiya V Axın sürəti 27500 FEC 3/4  ||  
Xəbərlər

Eksklüziv

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı diplomatik imkanlar tükənir

Şriftin ölçüsü:  11px13px15px17px

«Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu vaxtında obyektiv mövqe nümayiş etdirsəydi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün həllini tapardı». Prezident Admnistrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov «Lider» televiziyasına müsahibəsində belə deyib. Bildirib ki, beynəlxalq aləmin mövqeyi göstərir ki, münaqişənin həlli ilə bağlı diplomatik resurslar tükənib. ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsiz qalması və BMT-nin Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsi göstərir ki, münaqişənin həlli ilə bağlı diplomatik imkanlar tükənib. Bu fakt rəsmi bakını digər variantalara, daha dəqiqi – müharibə variantına əl atmağa vadar edir. Qərbin və beynəlxalq qurumların məsələyə laqeyd yanaşması işğalçı Ermənistana münaqişənin həllində vaxt qazanmaq üçün imkan yaradır. İrəvanın yenilənmiş «Madrid prinsipləri» ilə bağlı konkret mövqe nümayiş etdirməməsinin məsuliyyəti də Minsk qrupu ölkələrinin üzərinə düşür. Cənubi Qafqazda sülh və sabitliyin başlıca şərti Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. Beynəlxalq qurumların mövqeyindən asılı olmayaraq münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli qaçılmazdır. Rəsmi Bakı bu mövqeyində israrlıdır.

19:00 / 03.05.2010
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 9
Bu gün: 540
Bu ay: 20103
Ümumi: 3323571
Ölkə: United States

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın