
İnternet tariflərinin ucuzlaşması ilə bağlı aparılan işlər müsbət nəticələnib. İlin sonuna kimi internetin qiyməti iki dəfəyə yaxın ucuzlaşacaq.
Sonuncu dəfə ilin əvvvəlində internet tariflərinin qiyməti aşağı salınsada qiymətlərdə yenidən ucuzlaşma olacaq. Qiymətlərin aşağı salınması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin internet provayder şirkətləri ilə apardığı danışıqlar müsbət nəticələnib.
Bölgələrdə də internetin sürəti artırılacaq. Əksər rayonlarda geniş zolaqlı internet şəbəkəsinin qurulmasını tamamlanmaq üzrədir. Transavrasiya superinformasiya magistral layihəsinin reallaşması da internetin qiymətinin daha da aşağı düşməsi və keyfiyyətinə təsir edəcək. Gələn ay layihə ilə bağlı işçi qrupunun Bakıda iclası keçiriləcək.
Telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı da işlərə başlanılıb. 2 il ərzində peykin qurularaq orbitə çıxarılması planlaşdırılır.
13:00 / 31.08.2010