
Cəmi 5 stansiya , 8,8 km xətlə fəliyyətə başlayan Bakı Metropoliteni bu gün 22 stansiya ilə ildə 200 milyon yaxın sərnişin daşıması həyata keçirilir . Bakı Metropoliteninin inkişafına dair dövlət proqramına uyğun olaraq yeraltı nəqliyyat vasitəsinin stansiyaların sayını gələcəkdə 76 -ya çatdırılması da planlaşdırılır.
Bakı Metropoliteni fəliyyət göstərdiyi 44 il ərzində böyük inkişaf yolu keçib desək, yanılmarıq. Bu gün metorpoliteni 22 stansiya və 32,9 km yeraltı polad yolları əhatə edən geniş şəbəkəyə çevrilib. Metronun inkişafı ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsədüf edir. Milli liderin ölkəyə ilk dəfə rəhbərlik etdiyi dövürdən Bakı Metropolitenində cəmi 5 stansiya və 8,8 km metro xətti var idi. 1969-cu ildən sonra isə metropolitenin 14 stansiyası və 21,1 km metro xətti inşa edilərək istismara verirlib. Prezident İlham Əliyevin qayğı və diqqəti nəticəsində son illərdə metro tikintisinə ayrılmış 600 milyon manata yaxın vəsait hesabına metropoliten xətləri inkişaf etdirilib. «Nəsimi» «Azadlıq Prospekti», «Dərnəgül» stansiyaları və «28 May» stansiyasının ikinci çıxışı istifadəyə verilib. «İçərişəhər» və «Koroğlu» stansiyası tamamiilə yenidən qurulub. Təbbi ki, yeni stansiyaların da tikintisi istisna deyil.
Bu il yeni metro stansiyası istifadəyə verilməsədə ilin sonuna kim metropolitenin texnoloji korpusunun işə salınması planlanşdırılır.
Metropolitenin ürəyi sayılacaq texnoloji korpusdan bütün idarəetməni həyata keçirmək mümkün olacaq. Həmçinin bu ilin sona kimi də metronun stansiyaları iki xəttə ayrılacaq, «Həzi Aslanov-İçərişəhər» və «Dərnəgül-Xətai»1-ci xətt «28 May» stansiyasından ,2-ci «Cəfər Cabbarlı»-dan keçməklə işləyəcək. Metronun «Elmlər akademiyası» stansiyasının 2-ci çıxışında da işlər sürətləndirilib. Ən son avadanlıqlarla qazılan yer altı çıxış Bakı Dövlət Universitetinin bir adımlığında yerləşəcək. Təbbi ki, bundan ən çox yararlananlar da universitetin tələbələri olacaq. 2014-cü ildə istifadəyə verilməsi planlaşdırılan «Avtovağzal» stansiyasında isə artıq betonlama işləri aparılır. Stansiyanın ağır işləri yekunlaşıb. növbəti istifadəyə verilcək «Avtovağzal» stansiyasının platformasının uzunluğu 144 metr olacaq. Burada artıq 5 vaqon deyil 7 vaqon hərəkət edəcək. Tunelin qazılması və platformanın salınması ən son xexnalogiyalarla həyata keçirilir. Bu avadanlıqların köməyi ilə ayda 300 metr tunel qazmaq mümkündür.
Sumqayıt sakinləri və avtovağzal xidmətindən mütamadi istifadə edənlər sakinlər yeni stansiyanın tikintisini sevinclə qarşılayırlar.
Metropolitenin rəis müavini Arif Rəsulovun sözlərinə görə Bakı Metropoliteninin inkişaf planına uyğun olaraq yeni günəşli və Qaraçuxura çəkiləcək yeni xətlər ola bilsin ki, yeraltı yox məhz yerüstu olacaq. Həttda gələcəkdə qatarların hərəkətinin də maşinistsiz olması da planlaşdırılır.
19:00 / 30.01.2012