
Birləşmiş Ştatlar iqtisadiyyatı dirçəlir. Əsas çətinliklərdən biri olan işsizlik səviyyəsinin artmasının qarşısı alınıb. Prezident Barak Obama isə hesab edir ki, problemin tam aradan qalxması üçün vaxt lazımdır.
Rəsmi məlumatlara görə, mart ayı ərzində Birləşmiş Ştatlarda işsizlik səviyyəsi təxminən 9.7 faiz təşkil edib. Buna rəğmən, ötən ay ərzində ölkədə təxminən 162 min yeni iş yeri açılıb. Fevral ayı ərzində isə cəmi 14 min insan işsiz qalıb. Bunu barak Obama Şimali Karolina ştatında yerləşən zavodlardan birinini əməkdaşlarılə görüşdə deyib. Onun fikrincə, bir ay ərzində belə böyük uğurun əldə olunması ölkənin böhran zolağını tərk etməsinin göstərcisidir.
Prezidentin fikrincə, Ağ Ev iqtisadiyyatın stimullaşdırılması üzrə tədbirləri davam etdirməlidir. Əks halda böhran dərinləşə bilər. Obama əlavə edib ki, hökumət üzümüzə gələn aylarda da yeni iş yerlərinin açılmasına yönələn siyasətini davam etdirəcək. Bu uğura baxmayaraq, işsizlik Birləşmiş Ştatların ən böyük problemidir. Bunu başa düşən Barak Obama administrasiyası yaranmış vəziyyətdən çıxış yolu axtarmaqda davam edir. Çünki, noyabr ayında Konqresə keçiriləcək seçkilərin taleyi bu problemin həllindən asılıdır.
13:00 / 03.04.2010