
Qədim İçərişəhərə həsr olunmuş daha bir sərgi keçirilib. Bu dəfə sənətsevərlərə rəssam Mirteymur Məmmədovun fırçasından çıxmış əsərlər təqdim edilib. «Mənim içərişəhərim» - rəssamın fərdi sərgisi məhz belə adlanıb.
Rəssam əsərlərində içəri şəhərin qədim olduğu kimi, həmişə cavan qaldığını da göstərə bilib. Rəsmlərdə oynaq, canlı çalarlar üstünlük təşkil edir.
Rəssamın kətan üzərində yağlı boya ilə işlədiyi əsərlərlə yanaşı, bədii keramika üslubunda yaratdığı son sığınacaq, torpağın şirəsi və dünyanın yükü kimi rəsmlər də sərgiyə gələnlərin marağına səbəb oldu.
Rəssamın sayca 12 - ci fərdi sərgisində 51 əsəri nümayiş olundu. Bundan öncə isə Mirteymur Məmmədovun Litvanın paytaxtı Vilnüsdə sərgisi keçirilib. Sərginin əsas mövzusu isə yenə də Azərbaycan - onun mədəniyyəti və tarixi olub.
13:00 / 30.01.2012