
Bakı Caz Festivalı davam edir. Ötən axşam festival çərçivəsində Heydər Əliyev Sarayında məşhur qitaraçı Stenli Klarkın konserti keçirilib. Dörd dəfə Qremmi mükafatçısı Stenli Klark demək olar ki, dünyanın ən məşhur akustik və elektro bas qitara ifaçısıdır. İfaçı, bəstəkar, dirijor, prodüser, sauntrek müəllifi, öz məharəti və misilsiz ahəngdarlığı ilə tanınan Klark cazın və bas qitaranın əsl təşəbbüsçüsüdür. Konsert zamanı tamaşaçılara qarşı öz səmimiyyəti ilə seçilən ifaçı dünyaca məşhur əsərləri səsləndirdi. İfa zamanı etdiyi improvizələr isə xüsusi ilə yadda qalan oldu.
09:00 / 29.10.2014