
Uşaq İncəsənət Gimnaziyasının tələbəsi, istedadlı pianoçu Fidan Mirheydərzadə ilk solo konserti ilə tamaşaçıların qarşısına çıxıb. Konserti Şopenin palladası ilə açan musiqiçi, daha sonra müxtəlif məşhur bəstəkarların əsərlərini ifa edib. Fidan Mirheydərzadə Azərbaycanın görkəmli bəstəkarlarının yaradıcılığına da müraciət edib. O, Faiq Sücəddinovun «Vətən» balladasını, Sevda İbrahimovanın «Əbədi yurdum» əsərlərini dinləyicilərə təqdim edib. İfaçını konservatoriyanın tələbələrdən ibarət orkesri müşaiyyiət edib. Konsert dinləyicilər tərəfindən də böyük maraqla qarşılanıb.
09:00 / 01.05.2015