
Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyevanın dəstəyi ilə pianoçu Səidə Tağızadə ilə Əməkdar rəssam Rəşad Mehdiyevin birgə ideyası olan unikal “Musiqinin rəngləri” layihəsinin təqdimatı keçirilib. Layihə çərçivəsində rəssam Rəşad Mehdiyevin Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin bəstələdiyi bir neçə kompozisiyaya həsr etdiyi rəsm əsərləri nümayiş olunub. Bakı Media Mərkəzinin direktoru Orman Əliyev bu layihəni rəngkarlıq və musiqinin vəhdəti adlandırıb. Sonra mərkəzin atriumunda əsərlərin təqdimatı olub. Hər bir əsərin həsr olunduğu musiqi kompozisiyası Azərbaycan Dövlət Kvarteti tərəfindən ifa olunub. Rəsm əsərlərinin və bütövlükdə Bakı Media Mərkəzinin atriumunun xüsusi işıq effektləri ilə işıqlandırılması musiqi və rəsm dünyalarının harmoniyası atmosferini daha gücləndirib.
19:00 / 23.12.2017