
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Rumıniyanın məşhur heykəltəraşı Konstantin Brankusinin əsərlərindən ibarət fotosərgi açılıb. Tədbirdə diplomatik korpusun nümayəndələri, akademiyanın müəllim və tələbələri iştirak ediblər.
Hər il 15 yanvar rumıniyalılar üçün özəl təqvim kimi qeyd olunur. Məhz bu gün onların milli mədəniyyət günüdür. Həmin gün rumın şairi Mihai Eminesku anadan olub. Bununla yanaşı sözügedən təqvim dünya xalqları və ölkələri arasında mədəni bağların möhkəmləndirilməsi işinə bir töhfədir.
Sərgidə heykəltəraşın ən məşhur işləri nümayiş olunur. Müəllifin əsərləri hazırda Nyu-York, Paris həmçinin Buxarestdə ən böyük sərgi salonlarında nümayiş etdirilir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında gerçəkləşən foto sərgi izləyicilər tərəfindən böyük maraqla qarşılandı.
Sevda Bayramova
19:00 / 15.01.2018