
Bu gün futbol üzrə UEFA çempionlar liqasında 1/8 final mərhələsinin cavab görüşləri olacaq. «Fiorentina» öz meydanında «Bayern»i qəbul edəcək. Xatırladaq ki, bu komandaların fevralın 17 – də Almaniyada təşkil olunan ilk qarşılaşması 2-1 «Bayern»-in xeyrinə başa çatmışdı. Meydan sahiblərindən Robben və Kloze, qonaqlardan isə Kroldrup fərqlənmişdi. «Bayern»-in qapıçısı Hans Yorq Butt: «İlk görüşdə qələbə qazanmağımıza baxmayaraq, arxayınlaşmırıq. Bu, adi turnirin deyil, UEFA çempionlar liqasının cavab oyunudur. Odur ki, rəqibin də gücünü dərk edirik. Birinci oyunda bizə əsl başağrısı oldular. Çox texnikalı komandadır. Lakin biz də zəif deyilik».
«Fiorentina» kollektivinin sonuncu dəfə Avropa miqyaslı kubok yarışlarının ? final mərhələsinə vəsiqə qazanmasından 40 il ötür. Odur ki, kollektiv yeni tarix yazmaq üçün bütün gücünü ortaya qoymağı düşünür: «İlk növbədə bu qədər yolu təsadüfən qət etmədiyimizi sübut etməliyik. Məqsəd ?-ə adlamaqdır. Odur ki, qarşıdakı oyunda azarkeşlər də nəyə qadir olduğumuzu görəcək» - deyə «Fiorentina»-nın qapıçısı sebatyAn Fre bildirib. Bu günkü oyunda itki daha çox «Bayern»-dədir. Komanda meydana aparıcı oyunçular – Dieqo Kontenta, Martin Demiçelis və Frank Riberisiz çıxacaq.
1/8 – in digər qarşılaşmasında isə Londoda «Arsenal» və «Porto» kollektivləri üz-üzə gələcək. Bu komandaların Portuqaliyada feralın 17 – də keçirilən ilk görüşündə meydan sahibləri 2-1 hesablı qələbə qazanıb. «Porto»-dan Silvestr Varela və falkao, «Arsenal»-dan isə Kempbel fərqlənib. Odur ki, cavab qarşılaşmasında topçulara qələbə hava və su kimi lazımdır. Baş məşqçi Arsen Venqer: «Bizdən hər zaman yenilik gözlənilir. Bu da təsadüfi deyil. Odur ki, hadisələrin gedişini dəyişməyə yetərincə imkanımız və şansımız var. Komanda yeni və gənc heyətdən ibarətdir. Biz qələbəyə acıq. İlk olaraqsa «Portu»-dan başlamağı düşünürük. Səfərdə bu komandaya qol vurmağımız isə imkanlarımızı ortaya qoyur». Bununla belə, bu günkü oyunda «Aresnal»-dan Sesk Fabreqas meydana çıxa bilməyəcək. «Əlbəttə, yaxşı olardı ki, Fabreqas da meydana çıxsın. Lakin düşünürəm ki, gücümüz yetərlidir və ?-ə çıxmaq üçün bütün gücümüzü ortaya qoyacağıq». Sabahsa 1/8-in daha iki qarışlaşması olacaq. «Real Madrid» - «Lion»-la, «Mançester Yunaytet» isə «Milan»-la üz-üzə gələcək.
10:00 / 09.03.2010